Azərbaycanın İrandakı səfirliyinin konsulluq xidmətinin fəaliyyəti bərpa olunur
Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir.
Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:
Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5
Telefon: (+98 21) 22 59 62 90/91
Faks: 22596310
Elektron poçt: [email protected]