Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

media-ads_728_90

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini ölkə Prezidenti Sercio Mattarellaya təqdim edib.

“TV1”  xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Sentyabrın 28-də Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etmək şərəfinə nail olub və rəsmən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsinin icrasına başlayıb”, – məlumatda qeyd olunub.

Mərasim Romadakı Kvirinal sarayında keçirilib. Etimadnamənin təqdim olunmasından sonra ikitərəfli görüş baş tutub.

media-ads_728_90
Paylaş