Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələr yüksək templə inkişaf edir - Rumen Radev
“Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələr yüksək templə inkişaf edir”.
“TV1” xəbər verir ki, bunu COP29 çərçivəsində jurnalistlərə açıqlamasında Bolqarıstan Prezidenti Rumen Radev deyib.
O qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər:
“Biz əməkdaşlığımızı yalnız qaz istehlakı və nəqli sahəsində deyil, eyni zamanda, Azərbaycanda istehsal edilən yaşıl enerjinin Bolqarıstan vasitəsilə dünya bazarına nəql edilməsi davam etdirmək niyyətindətik”.