Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yaxınlaşmışıq - Hakan Fidan
“Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yaxınlaşmışıq”.
“TV1” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin 2025-ci il büdcə müzakirələri çərçivəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda sülh üçün ümid ışığı mövcuddur:
“Sülhün təmin edilməsi bölgəni inkişaf etdirəcək və yeni fürsətlər yaradacaq. Türkiyə bu prosesdə bütün səylərə dəstək verir. Ölkəmiz tərəflər arasında vasitəçilər olmadan ikitərəfli əsasda davam edən müzakirələri dəstəkləyir”.
H.Fidan, həmçinin, Gürcüstanda baş verən proseslərə də toxunaraq, bu hadisələrin təəssüf doğurduğunu vurğulayıb.
O bildirib ki, üçüncü tərəfin müdaxilə etməsi Gürcüstanda da hadisələri daha qarışıq vəziyyətə gətirib çıxara bilər.