Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalara start veriləcək - Bu tarixdən

media-ads_728_90

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu il fevralın 18-də Tbilisiyə səfəri çərçivəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb. Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.

Görüş zamanı Orta Dəhlizin artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə də diqqət yetirilib. Tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən başlayacaq dəmir yolu ilə sərnişindaşımaların açılması məsələsini də müzakirə ediblər.

“Dəmir yolu ilə sərnişin daşımaları turizmimiz üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün daşımalarla bağlı proqnozu da müzakirə etdik. Əlbəttə, planlarımızı və baxışlarımızı bölüşmək çox vacib idi ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq miqyasda daha rəqabətədavamlı ola bilək”, – deyə Levan Davitaşvili görüşdən sonra qeyd edib.

media-ads_728_90
Paylaş