media-1200x100

AzTV-nin yaranmasından 69 il ötür - VİDEO 

media-ads_728_90

Bu gün Azərbaycanda televiziyanın yarandığı gündür.

Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova “Göstərir Bakı!” sözləri ilə tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

“TV1” kollektivi olaraq, Ana televiziyamızda çalışan bütün həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) hazırda özündə 3 telekanalı (AzTV, Mədəniyyət və İdman) birləşdirir. Həmçinin, Azərbaycan Radiosu və Beynəlxalq Radio da QSC-nin tərkibinə daxildir.

Bu gün həm də “Mədəniyyət” Kanalının yaranmasından 14 il ötür. Kanal 2011-ci il fevral ayının 14-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılıb və qısa müddətdə tamaşaçı rəğbəti qazanıb.

 

 

media-ads_728_90
Paylaş