Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10 və 11 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək olar.








