Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək

media-ads_728_90

“Azərbaycan Dəmir Yolları” (ADY) sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə verəcək.

“TV1” xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY)-nin məlumatında bildirilir.

Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32 % artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.

media-ads_728_90
Paylaş