Bakı metrosunda qatarların hərəkətində yaranan problem aradan qaldırılıb
Bakı metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.
“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Qeyd edək ki, metronun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb. Qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.








