Bakı-Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi açıqlanıb
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.
“TV1” xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.
Xatırladaq ki, bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissədə “NEOPLAN” və “İSUZU” markalı 2 sərnişin avtobusu toqquşub.