media-1200x100

Bakı-Sumqayıt yolundakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

media-ads_728_90

Avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

“TV1” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə bir nəfər sərnişin hadisə yerində həyatını itirib.

Əraziyə yol polisi əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş