media-1200x100

Bakı və Abşeron yarımadasında temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

media-ads_728_90

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.

Bu barədə “TV1”-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir.

Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

media-ads_728_90
Paylaş