Bakı və Abşeronda yeni salınan qəsəbələrdə su itkisi 40%-ə çatır
“Azərbaycanda su şəbəkəsində itkilər təxminən 17-18% təşkil edir”.
“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib.
O qeyd edib ki, bəzi bölgələrdə, xüsusilə Abşeron yarımadasında və yeni salınan qəsəbələrdə bu göstərici 40%-ə qədər yüksəlir:
“Bakının bəzi ətraf qəsəbələrində su şəbəkələri tam qurulmayıb və sayğaclaşma işləri hələ tamamlanmayıb. Bu ərazilərdə suyun verilməsi ilə bağlı texniki problemlər mövcuddur. Bundan əlavə, bəzi yerlərdə su xətlərinə qanunsuz müdaxilələr ciddi problemlər yaradır. Bu, dövlətin və millətin mülkiyyətinə hörmətsizlikdir və mədəniyyətimizə yad bir davranışdır”.