Bakıda TDT hökumət başçılarının görüşündə birgə bəyanat qəbul edilib - YENİLƏNİB

media-ads_728_90

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində birgə bəyanat qəbul edilib.

“TV1” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Baş nazir Əli Əsədov deyib.

Birgə bəyanatın qəbulundan sonra görüş başa çatıb.

xxx

Bakıda “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir.

“TV1” xəbər verir ki, tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin hökumət başçıları, Türkiyənin Vitse-prezidenti, həmçinin TDT-nin Baş katibi iştirak edirlər.

Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-logistika məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, TDT-yə üzv dövlətlərin hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib.

media-ads_728_90
Paylaş