Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

media-ads_728_90

Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda iştirak edəcək idmançı sayı bəlli olub.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının məlumatında bildirilib.

Bildirilib ki, turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparacaq.

Qeyd edək ki, yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bakı mərhələsində dünyanın güclü üzgüçüləri müxtəlif məsafələrdə qüvvələrini sınayacaqlar. /Azərtac

media-ads_728_90
Paylaş