Bakıdakı nə qədər taksi var?
“Bakıda taksilərin sayı qanunvericiliyə dəyişiklik edildikdən sonra azalıb”.
“TV1” xəbər verir ki, bunu “Fiziki infrastruktur” işçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasda AYNA İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov deyib.
O bildirib ki, qanunvericilik qüvvəyə minənədək Bakıda 67 min taksi fəaliyyət göstərirdi.
“Hazırda isə bu rəqəm 23 mindir. Taksi avtomobillərinin ortalama yaşı isə 7 ildir”, – deyə o qeyd edib.