media-1200x100

“BakıKart” tətbiqində yaranmış nasazlıqla bağlı RƏSMİ AÇIQLAMA

media-ads_728_90

“BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) azərtac-a bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, – deyə AYNA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, “BakıKart”da yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə edə bilmirlər.

media-ads_728_90
Paylaş