Bakının 10 rayonu və Abşeronda iki gün su olmayacaq - XƏBƏRDARLIQ
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Xətai, Nizami, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
“TV1” xəbər verir ki, bu barədə trend-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.
Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.