Bakının bu ərazisində qaz olmayacaq

media-ads_728_90

Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır:

Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

media-ads_728_90
Paylaş