Bakınının bu ərazisində qaz təchizatında fasilə yaranacaq
Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Hadi, A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.








