Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb
Dekabrın 9-u saat 08:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
“TV1” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb.
“Bu da aylıq normanın 81 faizini təşkil edir. Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir”, – deyə Gülnarə Abbasova qeyd edib.