media-1200x100

Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb

media-ads_728_90

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Minskə rəsmi səfəri çərçivəsində oktyabrın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

“TV1” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Belarus dövlətinin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub.

Qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

media-ads_728_90
Paylaş