media-1200x100

Belarusun nüvə silahı var - Aleksandr Lukaşenko

media-ads_728_90

“Belarusun nüvə silahı var”.

“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən bura nüvə başıqları gətirdim: bir deyil, on ədəd”, – deyə o vurğulayıb.

A.Lukaşenko bu bəyanatı nüvə silahı olmayan, lakin böyük gücə malik olan Rusiyanın “Oreşnik” raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən səsləndirib.

O qeyd edib ki, ölkədə “Oreşnik” kompleksinin yerləşdirilməsi üçün otuz meydança var.

media-ads_728_90
Paylaş