media-1200x100

Belarusun Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərə gəlib

media-ads_728_90

Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.

Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

media-ads_728_90
Paylaş