Bərdə–Ağdam dəmir yolu xətti üzrə aparılan işlərin həcmi AÇIQLANDI
Bərdə–Ağdam dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.
Qeyd olunur ki, 2021-ci ildə həm də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
Məlumata görə, birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb. İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində isə tikinti işləri davam edir.
“Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb”, – deyə məlumatda qeyd olunur.