Bilgəhdə dənizdə batan iki nəfərin meyitləri tapılıb

media-ads_728_90

Sentyabrın 19-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki nəfərin meyitləri tapılıb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

media-ads_728_90
Paylaş