Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

media-ads_728_90

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkət iştirakçılarına maraciət edib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumaat yayıb.

Bildirilib ki, oktyabrın 7-si saat 15:00-dan etibarən Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində, Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

media-ads_728_90
Paylaş