media-1200x100

Bir sıra bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Avqustun 27-30-da bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

media-ads_728_90
Paylaş