Birinci Türkoloji Qurultayda Hüseynqulu Sarabskinin nə işi var idi?

media-ads_728_90

1926-cı ilin 26 fevralından martın 6-dək Bakı şəhərindəki İsmailiyyə sarayında keçirilən Birinci Türkoloji Qurultayın bu yaxınlarda 100 illik taixi qeyd olundu. 17 iclasda bütövlükdə türk dünyasının dilinə və tarixinə, etnogenezisinə və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi.
Sovet hakimiyyətinin represiya illərində ali mərasimin 131 nümayəndəsi – pantürkist adlandırlan seçmə şəxsiyyətlər hədəfə alındılar. Görkəmli ədəbiyyatşünaslar, dilçilər, tarixçilər, şairlər, yazıçılar, müttəfəkkirlərin yüzdən çoxu sonralar ən ağır cəzaya məhkum edildilər.
“TV1” telekanlında Gilə Mehdiqızının təqdimatında yayımlanan “Ədəbi söhbətlər” verilişinin mövzusu bu əhəmiyyətli hadisənin 100 illik tarixinə işıq salınacaq. Veilişin qonağı – publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi Azər Turandır.
Verilişə, 15 mart bazar günü saat 14:00 – da  “TV1” telekanlında baxa bilərsiniz.

media-ads_728_90
Paylaş