media-1200x100

Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq - Türkiyə səfiri

media-ads_728_90

“Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir”.

“TV1” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq:

“Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq”.

media-ads_728_90
Paylaş