BMT-dən İsrailin Qolan təpələrinə hücumu ilə bağlı AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qolan təpələrinə hücumu ilə bağlı açıqlama yayıb.
“TV1” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriyada Əsəd rejiminin devrilməsindən sonra İsrailin Qolan təpələrindəki bufer zonanı işğal etməsinin 1974-cü ildə İsrail və Suriya arasında imzalanmış Qüvvələr Ayrılığı Sazişinin pozulması olduğunu bildirib.
Pedersen Nyu Yorkdakı həmkarları ilə bu məsələni müzakirə edəcəklərini də vurğulayıb.