media-1200x100

BMT-nin Baş katibi: “Livan genişmiqyaslı müharibənin astanasındadır”

media-ads_728_90

“Son bir neçə gün ərzində Livan və İsraili ayıran Mavi xətt boyunca atışmalar intensivləşib”.

“TV1” xəbər verir ki, “BBC”-nin yaydığı məlumata görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, işğal olunmuş İordan çayının qərb sahilində vəziyyət nəzarətdən çıxır və Livana hücumlar bütün regionu təhdid edir.

“Tərəflər Təhlükəsizlik Şurasının 1701 və 1559 saylı qətnamələrinə tamamilə məhəl qoymurlar. Son bir ildə İsrailin Beyrut da daxil olmaqla, Livanda irimiqyaslı zərbələri 2 mindən çox insanın ölümünə səbəb olub. Cənubdakı Mavi Xətt qüvvələri son bir il ərzində ən az 49 adamı öldürüb. Livan səlahiyyətliləri ölkədə 1 milyondan çox insanın didərgin düşdüyünü, 300 min insanın isə Suriyaya qaçdığını bildirir. Əvvəllər İsrailin şimalında yaşayan 60 mindən çox insan məcburi köçkün olmaqda davam edir. Faktiki olaraq, bütün əhali köçkün düşüb və Qəzzanın heç bir hissəsi xilas edilməyib”.

media-ads_728_90
Paylaş