media-1200x100

BMT sülhməramlılarına hücumlar müharibə cinayəti sayılacaq

media-ads_728_90

“Livanda BMT sülhməramlılarına hücumlar müharibə cinayəti kimi qiymətləndiriləcək”.

“TV1” xəbər verir ki, “Reuters”in yaydığı məlumatda bildirilir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O, açıqlamasında Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına hər hansı hücumla bağlı xəbərdarlıq edib:

“UNIFIL sülhməramlıları bütün mövqelərdə qalır və BMT bayrağı dalğalanmağa davam edir. Sülhməramlılara qarşı hücumlar beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn pozulmasıdır. Onlar müharibə cinayətinə çevrilə bilər”.

Qeyd edək ki, İsrailin Livanı atəşə tutması nəticəsində oktyabrın 10-da iki, oktyabrın 12-də isə daha iki BMT sülhməramlısı yaralanıb.

media-ads_728_90
Paylaş