media-1200x100

“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

media-ads_728_90

“Bir aydan çoxdur tətilin davam etdiyi “Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir”.

“TV1” xəbər verir ki, bu barədə şirkətin baş direktoru Kelli Ortberq məlumat verib.

O bildirib ki, şirkət dünya üzrə əməkdaşlarının 10 faizini ixtisar edəcək. Paralel olaraq 777X modelinin ilk nümunəsinin müştəriyə çatdırılması 1 il ləngiyəcək.

K.Ortberq qeyd edib ki, ixtisarlarda məqsəd “maliyyə reallığına uyğunlaşmaqdır”. ABŞ-dakı zavodda tətilə görə 737 MAX, 767 və 777 modellərinin istehsalı dayanıb.

media-ads_728_90
Paylaş