Böyük Britaniyada "ikinci norovirus dalğası" təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
Böyük Britaniyanın səhiyyə qurumları qış mövsümündə norovirusun yeni ştamının sürətlə yayılması səbəbindən “ikinci norovirus dalğası”nın baş verə biləcəyi barədə xəbərdarlıq edib.
“TV1” xəbər verir ki, bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
Bu mövsümün dominant genotipi olan GII.17-nin yerini indi GII.4 alıb və bu, ümumi norovirus hallarının 29 faizini təşkil edir.
Norovirus mədə və bağırsaqlarda iltihaba səbəb olan yüksək yoluxucu bir virusdur və qusma, ishal kimi simptomlara yol açır. Əsasən uşaqlar və yaşlılar risk altındadır.