BP "Şahdəniz Alfa" platformasında hasilatı bərpa edib
BP texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış “Şahdəniz Alfa” platformasında hasilatı bərpa edib.
“TV1” xəbər verir ki, bu barədə BP şirkətinin məlumatında bildirilir.
“BP Şahdəniz qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru kimi bildirir ki, “Şahdəniz Alfa” platforması 18 yanvar axşam saatlarından başlayaraq yenidən işə salınıb.
Bundan əvvəl, “Şahdəniz Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilmişdir.
Hazırda “Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artırılmaqdadır. Əməliyyatların normal səviyyəyə çatmasının daha bir neçə gün çəkəcəyi gözlənilir.
Planlarımızı və fəaliyyətlərimizi SOCAR və digər tərəfdaşlarımızla koordinasiya etməklə onlarla yaxından işləməkdə davam edirik”, – deyə məlumatda qeyd olunur.