Britaniya sahillərində tanker yük gəmisi ilə toqquşub - 32 nəfər xəsarət alıb
Böyük Britaniya sahillərində tanker və yük gəmisinin toqquşması nəticəsində 32 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə “Sky News” telekanalı Britaniya Sahil Mühafizəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə sahildən təxminən 16 kilometr aralıda baş verib. Əraziyə Sahil Mühafizəsinin helikopteri və təyyarə, eləcə də yanğını söndürmək üçün təchiz olunmuş gəmilər cəlb edilib.