Brüsselin Gürcüstanla danışıqlara başlamaması açıq-aşkar qisas əlamətləri daşıyır - Papuaşvili
“Transparency International”ın dərc etdiyi qlobal korrupsiya indeksi Brüsselin riyakarlığını və ikili standartlarını bir daha təsdiqləyir.
“TV1” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Facebook” paylaşımında qeyd edib.
S.Papuaşvili vurğulayıb ki, bəzi avropalı rəsmilər Gürcüstanda geriləmə olduğunu aşılamağa çalışsalar da, faktlar bunun əksini göstərir.
“Gürcüstan Avropa İttifaqının (Aİ) yeddi üzvünü, NATO üzvü olan 11 ölkəni qabaqlayır. Aİ üzvlüyünə namizədlərə gəlincə, təxmin edin biz neçə nəfəri qabaqlayırıq? Hər kəsi. Brüsselin Gürcüstanla danışıqlara başlamaması sadəcə ədalətsizlik deyil, bu artıq açıq aşkar siyasi qisas əlamətləri daşıyır” – deyə Papuaşvili yazıb.