media-1200x100

BTC ilə tranzit neftinin nəqli azalıb

media-ads_728_90

Bu ilin yanvar ayında Azərbaycanda neft kəmərləri ilə 3 209,5 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,8% azdır.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, nəqletmənin 72,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 2 319,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,7% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1%-i və ya 1 926,5 min tonunu Azərbaycanda hasil edilən neft (6,3% azalma), 16,9%-i və ya 392,6 min tonunu (8,9% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

Qeyd edib ki, 2024-cü ildə BTC kəməri ilə nəql edilmiş neftin 82%-i və ya 24 172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18%-i və ya 5 298,4 min tonunu (1,1% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

media-ads_728_90
Paylaş