Bu ərazidə qaz təchizatı məhdudlaşdırılacaq
Bu gün saat 10:00-dan təmir-quraşdırma işləri ilə bağlı Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M.Ə.Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qaz verilişində məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.








