Bu il 500 gəncdən 155-i dünyanın TOP-10 universitetində təhsil alacaq

media-ads_728_90

Xaricdə təhsilə dair Dövlət Proqramı üzrə bu il 500 gənc təhsil alacaq: onlardan 155-i dünyanın əsas 10 universitetində oxuyacaq.

“TV1”  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində indiyədək 2252 nəfər təhsil almaq hüququ qazanıb.

Emin Əmrullayev diqqətə çatdırıb ki, cari ildə proqram üzrə 500 nəfər qəbul olunub. Onlardan 155 nəfəri dünyanın əsas 10 universitetində təhsil almaq imkanı əldə edib.

media-ads_728_90
Paylaş