media-1200x100

Bu ilin doqquz ayında qeydə alınan nikah və boşanmaların SAYI

media-ads_728_90

Bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,7), Qarabağ (5,6), Dağlıq Şirvan (5,5), Mil-Muğan (5,3), Lənkəran-Astara (5,2), Şirvan-Salyan (5,0), Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qazax-Tovuz (4,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,8) yüksək olub.

media-ads_728_90
Paylaş