media-1200x100

“Canlı planet”: Vəhşi heyvanların sayının azalması “geri qayıtmama nöqtəsinə” yaxınlaşır

media-ads_728_90

Latın Amerikası və Karib hövzəsində vəhşi heyvanlar populyasiyasının ən böyük azalması qeydə alınıb.

  “TV1” xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondu və “Canlı planet-2024” London Zooloji Cəmiyyətinin Zoologiya İnstitutu ilə tərəfdaşlıqda hazırlanmış və “The Guardian” qəzetində dərc edilmiş hesabatda deyilir.

Hesabata görə, Latın Amerikası və Karib hövzəsində vəhşi heyvanların azalması 95 faiz təşkil edib. Daha sonra Afrika (76 faiz) və Asiya-Sakit okean regionu (60 faiz) yer alıb. Avropa və Şimali Amerikada 1970-ci ildən bəri müvafiq olaraq 35 faiz və 39 faiz nisbətində daha kiçik azalmalar qeydə alınıb.

Alimlər xəbərdarlıq ediblər ki, Amazon tropik meşələrində, Arktikada və dəniz ekosistemlərində dönüş nöqtələrinin yaratdığı qlobal istiləşmə səbəbindən vəhşi heyvanlar populyasiyasının azalması gələcəkdə daha da sürətlənə bilər ki, bu da təbiət və insanlar üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

media-ads_728_90
Paylaş