İranın daxili işlər naziri Azərbaycana gəlib

media-ads_728_90

Bu gün İranın daxili işlər naziri İsgəndər Mömini Azərbaycana səfər edib.

“TV1” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində onun Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İranlı naziri səfərdə Böhranların İdarəedilməsi Təşkilatının rəhbəri Hüseyn Sacedinia, Ərdəbil əyalətinin başçısı Məsud İmami Yeganə, eləcə də nazirin müşavirləri və Daxili İşlər Nazirliyinin digər rəsmiləri müşayiət edir.

media-ads_728_90
Paylaş