İran səfiri Tbilisidə itlərin hücumuna məruz qalıb, ayağı sınıb

media-ads_728_90

İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.

“TV1” xəbər verir ki, səfir itlərdən qorunmağa çalışarkən yıxılıb və ayağı sınıb.

Yerli sakinlər səfirə ilkin tibbi yardım göstərib və təcili tibbi yardım çağırıblar.

Xatırladaq ki, Seyid Əli Mocani 2026-cı ilin yanvarında İranın Gürcüstandakı səfiri vəzifəsinin icrasına başlayıb. O, bundan əvvəl İranın xarici işlər sistemində çalışıb, diplomatik tarix və arxiv məsələləri üzrə fəaliyyət göstərib, həmçinin İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi olub. /trend.az/

media-ads_728_90
Paylaş