media-1200x100

Bölgələrə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Bakıda və Abşeron yarımadasında noyabrın 19-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hdiromteorologiya Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 19-u gündüz bəzi dağlıq rayonlarda, 19-u axşamdan 20-si səhərədək isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

media-ads_728_90
Paylaş