media-1200x100

Cəbrayılda magistral suvarma kanalının inşası başlayıb

media-ads_728_90

Cəbrayıl rayonundakı “Qız Qalası” su anbarından 52 km uzunluğunda və 50 kubmetr/san ötürmə qabiliyyətinə malik magistral suvarma kanalınının tikintisi üçün hazırlıqlara başlanılıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında bildirilir.

Məlumata görə, kanalın tikintisi Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində Araz çayı boyu yerləşən və Mil-Muğan zonasında etibarlı suvarma xidmətləri göstərəcək 252 km uzunluğunda suvarma boru kəmərləri şəbəkəsinin çəkilməsi ilə iqlimə davamlı və smart su ehtiyatlarının idarə olunması sistemini inkişaf etdirəcək.

Layihənin xərclərinin bir hissəsini İslam İnkişaf Bankı ödəyəcək. Bank bu məqsədlə 96,48 milyon ABŞ dolları məbləğində Hissəli Satış maliyyələşdirilməsi təmin edəcək.

media-ads_728_90
Paylaş