Cəlal Arutunyan azadlıqdan MƏHRUM EDİLİDİ - 5 il 5 ay müddətinə
Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Arutunyanın 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
“TV1” xəbər verir ki, “Sputnik-Armenia”nın məlumatına görə, prokuror hakimlərdən onun 6 il azadlıqdan məhrum olunmasını tələb edib.
Əvvəlcə Qarabağ müharibəsində ölən separatçı ordunun əsgərlərinin valideynləri çıxış edərək, məhkəmədən C. Arutunyanın 8 il müddətinə həbsxanaya göndərilməsini istəyib.
Qeyd edək ki, C.Arutunyan ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır.