media-1200x100

Cənubi Koreyanın müdafiə naziri istefa verib

media-ads_728_90

Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyen istefa verib.

“TV1” xəbər verir ki, nazir bu addımı ölkədə hərbi vəziyyət rejiminin elan edilməsi ilə bağlı yaranan vəziyyətə görə atdığını bildirib.

Qeyd edək ki, bir müddət öncə, Cənubi Koreyanın aparıcı müxalif “Toburo” demokratik partiyası Kim Yon Hyenə impiçment elan edilməsi təklifi ilə müvafiq parlament orqanına müraciət etmişdi.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.

media-ads_728_90
Paylaş