Cənubi Sudanda təyyarə qəzaya uğrayıb - Çox sayda ölən var
Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
“TV1” xəbər verir ki, bu barədə BMT-yə məxsus “Miraya” radiosu məlumat yayıb.
Məlumata əsasən, təyyarənin göyərtəsində heyət üzvləri və 21 sərnişin olub.
Qəza nəticəsində 18 nəfər həlak olub.
Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.